Rusiyanın “kölgə donanması”na məxsus səkkiz tanker vuruldu


7 iyul gecəsi Ukrayna Silahlı Qüvvələri Azov dənizində Rusiyanın “kölgə donanmasına” məxsus səkkiz tankerə hücum edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi özünün teleqram kanalında məlumat yayıb.
Yazıda qeyd olunur ki, səkkiz tankerin hamısı müəyyən edilib, lakin yalnız yeddisinin adı təqdim olunur. “MarineTraffic”in məlumatına görə, onların hamısı həqiqətən də Rusiya bayrağı altında üzür. Sonuncu tanker hələ də araşdırılır.
Brovdi həmçinin əlavə edib ki, bu gün bir toplu daşıyıcı və bir bərə də vurulub. O bildirib ki, bütün tankerlərə ciddi ziyan dəyib. Ümumi ziyanı qiymətləndirmək hələ mümkün deyil.
Rusiya tərəfi hücumla bağlı heç bir şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top