
“Türkiyəyə F-35-lərin satılması bu ölkə ilə münasibətləri gücləndirərdi”.
Yeniavaz.com xəbər verir ki, bunu NATO-nun dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısı üçün Türkiyəyə gələn ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ belə tədarüklərin mümkünlüyünü nəzərdən keçirəcək”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Türkiyə NATO müttəfiqləri ilə münasibətlərin pisləşdiyi dövrdə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. NATO və ABŞ bu sistemlərin Qərb istehsalı olan təyyarələrlə birgə istifadəsinin Rusiyanın həssas kəşfiyyat məlumatları əldə etməsinə imkan verə biləcəyini bildirmiş və nəticədə 2019-cu ildə ABŞ Ankaranı F-35 proqramından çıxarmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz