
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.
Sənədə əsasən, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.
Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.
Tətbiqimizi yükləyə bilərsiniz