Ərdoğan Trampı hava limanında qarşıladı – Video


ABŞ Prezidenti Donald Trampı təyyarəsi Ankara Hava Limanına eniş edib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Trampı hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Qeyd edək ki, Türkiyə hazırda NATO-nun dövlət və hökumət başçılarının 36-cı Zirvə toplantısına ev sahibliyi edir.
Prezident Ərdoğanın dəvəti ilə Ankaraya gələn Tramp iki gün ərzində intensiv diplomatik görüşlər keçirəcək.
“Səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə ilə ABŞ arasında müdafiə, ticarət və investisiyalar başda olmaqla ikitərəfli münasibətlərin bütün istiqamətləri nəzərdən keçiriləcək.
Tərəflər mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımları müzakirə edəcək, həmçinin regional və qlobal proseslər ətrafında geniş fikir mübadiləsi aparacaqlar”, - TRT-nin məlumatında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top