
Məlum olduğu kimi, dəniz nəqliyyatı beynəlxalq ticarətin və qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır.
Yeniavaz.com “Visual Capitalist”in açıqladığı son məlumatlara istinadən xəbər verir ki, dünyanın ən böyük gəmiçilik mərkəzləri arasında Çin açıq üstünlüyə malikdir.
Bildirilir ki, qlobal konteyner daşımalarının 40%-dən çoxu məhz Çinin payına düşür.
Reytinqdə birinci yeri illik 51,5 milyon TEU yük dövriyyəsi ilə Çinin Şanxay limanı tutur. İkinci pillədə 41,1 milyon TEU ilə Sinqapur, üçüncü yerdə isə 39,3 milyon TEU ilə Çinin Ningbo-Zhoushan limanı qərarlaşıb.
Hazırda dünyanın ən aktiv 10 limanı aşağıdakılardır:
Şanxay (Çin) – 51,5 milyon TEU
Sinqapur – 41,1 milyon TEU
Ningbo-Zhoushan (Çin) – 39,3 milyon TEU
Şençjen (Çin) – 33,4 milyon TEU
Qingdao (Çin) – 30,9 milyon TEU
Guangzhou (Çin) – 26,1 milyon TEU
Busan (Cənubi Koreya) – 24,4 milyon TEU
Tianjin (Çin) – 23,3 milyon TEU
Jebel Ali (Dubay, BƏƏ) – 15,5 milyon TEU
Port Klanq (Malayziya) – 14,6 milyon TEU
Məlumat üçün qeyd edək ki, TEU (Twenty-foot Equivalent Unit) 20 futluq (6,1 metr) standart konteynerə bərabər ölçü vahididir və limanların konteyner yük dövriyyəsinin qiymətləndirilməsində istifadə olunur. Orta hesabla bir TEU 10 – 14 ton yük daşıyır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz