Hər bir azərbaycanlı gündə orta hesabla 1,2 kiloqram zibil yaradır


Azərbaycanda 2025-ci ildə ümumilikdə 4 milyon 426,4 min ton istehsal və istehlak tullantısı (zibil) yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, il ərzində hər bir nəfərə orta hesabla 432,1 kiloqram, gündə təxminən 1,18 kiloqram tullantı deməkdir.
Rəsmi statistikaya əsasən, il ərzində yaranmış tullantıların 969,4 min tonu istifadə edilib və ya zərərsizləşdirilib. Bu göstərici il ərzində adambaşına 94,6 kiloqram təşkil edib.
Bununla yanaşı, 2025-ci ildə 272,2 min ton təhlükəli tullantı yaranıb. Hesabat dövründə təhlükəli tullantıların 27,5 min tonu istifadə olunub, 79,6 min tonu isə zərərsizləşdirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top