
Ayın əvvəlindən bəri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 54 əcnəbini deportasiya ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Belarus, Misir, Hindistan, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıb.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz