Prezident onu nazir müavini təyin etdi – Sərəncam


Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir.
O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib”, - Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top