
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından “Air Force One” təyyarəsi ilə yola çıxıb.
NATO sammiti çərçivəsində Trampın digər müttəfiq ölkələrin liderləri, o cümlədən ev sahibi Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz