
Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
Yeniavaz.com xəbər verir ki, matç Bakı vaxtı ilə 04:00-da ABŞ millisi ilə Belçika millisi arasında start götürüb.
Görüş Belçikanın əzmkar qələbəsi ilə başa çatıb – 4:1.
Qaliblərin heyətində De Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqlənib.
Bu nəticə ilə Belçika ¼ final mərhələsinə vəsiqə qazanıb. Onlar bu mərhələdə İspaniya millisi ilə mübarizə aparacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz