
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində baş tutacaq görüş iki fərqli gündəm yaradır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında paylaşım edib.
“Prezidentimizin görüşü cənab Trampın səfəri ilə birlikdə əslində iki vacib gündəm yaradır. Biri NATO Zirvəsidir, digəri isə cənab Prezident Trampın dövlət səfəridir”, - o, bildirib.
Duran bildirib ki, görüş bu səbəbdən əhəmiyyətlidir:
“Prezidentimizin cənab Trampla telefon danışıqlarında gündəmdə saxlanılan çox sayda ikitərəfli mövzular var. Bunların bir qismini bilirsiniz. Bir tərəfdən “KAAN” mühərrikləri məsələsi var idi. Daha əvvəl “Halkbank məsələsi” olub. Türkiyənin müdafiə və təhlükəsizlik əməkdaşlığı çərçivəsində ABŞ ilə apardığı digər məsələlər də var.
Beləliklə, bunların hamısının gündəmdə olması gözlənilir. Təbii ki, bununla yanaşı, ABŞ ilə ticarət gündəmimiz vacibdir, bilirsiniz. Bütün bu mövzuların hamısı müzakirə ediləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz