
Nepalda, 5 iyul gecəsi Dhurbe adlı bir fil Çitvan Milli Parkının kənarında yerləşən Caqatpur kəndinin sakinlərinə hücum edərək iki nəfəri - 25 yaşlı qadını və 4 yaşlı uşağı öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nepal qəzeti “The Kathmandu Post” məlumat yayıb.
Ölənlər yerli sakin Şaniçara Botenin gəlini və nəvəsi olub. On dörd il əvvəl, 2012-ci ildə, eyni fil Çitvan Milli Parkının digər tərəfindəki Madi kəndində Botenin valideynlərini tapdalayıb. Daha sonra Bote özü və ailəsini qorumaq üçün Madidən Caqatpura köçüb.
Çitvan Park rəsmiləri Dhurbenin anasının sürüsündən qovulduğunu bildiriblər. O, tənha həyat tərzi sürür və yemək axtararaq insan məskənlərinə girir. Onların sözlərinə görə, o, 2010-cu ildə insanlara hücum etməyə başlayıb və o vaxtdan bəri ən azı 25 nəfəri öldürüb.
Dhurbe 2012-ci ildə Botenin valideynlərini tapdaladıqdan sonra öldürülməyə cəhd edildi. Çitvan Parkının işçiləri və əsgərləri onu yaraladılar, lakin o, cəngəlliyə qaçdı. O, sağ qaldı və bir neçə il sonra yenidən parkın kənarındakı kəndlərdə görünməyə başladı.
Tətbiqimizi yükləyə bilərsiniz