Ukrayna Rusiyanın ən böyük neft emalı zavoduna hücum etdi


Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Omsk Neft Emalı Zavoduna hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna telegram kanalları məlumat yayıb.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko günortadan sonra “dron təhlükəsi” barədə məlumat verib, daha sonra teleqram kanalında bölgə üzərində “düşmən PUA-larının vurulduğunu” və zərbənin zavoda dəydiyini təsdiqləyib. 
Xotsenkonun sözlərinə görə, bir neçə dron Omskın şimal sənaye mərkəzinə çatmağı bacarıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tezliklə Ukrayna dronlarının Ukrayna sərhədindən 2500 kilometr məsafədə yerləşən Omsk Neft Emalı Zavodunu vurduğunu açıqlayıb. 
Qeyd edək ki, Omsk Neft Emalı Zavodu neft emalı həcminə görə Rusiyada ən böyükdür. Əgər bu neft emalı zavoduna edilən dron hücumu təsdiqlənərsə, Rusiyada Ukrayna dronlarının hücumuna məruz qalmayan ən yaxşı 10 neft emalı zavodundan yalnız biri qalacaq: İrkutsk vilayətindəki Anqarsk Neft-Kimya Şirkəti.

DİGƏR XƏBƏRLƏR

Top