Dünyada ən yüksək mənfəət əldə edən 30 şirkətdən 16-sı ABŞ-yə məxsusdur – Siyahı


ABŞ dünyanın ən gəlirli şirkətlərinin əsas mərkəzi olaraq mövqeyini qoruyur.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, dünyanın ən yüksək mənfəət əldə edən 30 şirkətindən 16-sı ABŞ-yə məxsusdur.
Reytinqə illik 160,2 milyard dollar mənfəətlə “Alphabet” başçılıq edir. Siyahıda ikinci yerdə 125,2 milyard dollarla “Microsoft”, üçüncü yerdə 122,6 milyard dollarla “Apple”, dördüncü yerdə isə 120,1 milyard dollar mənfəətlə NVIDIA qərarlaşıb.
ABŞ-dən kənarda ilk beşliyə daxil olan yeganə şirkət Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi “Saudi Aramco” olub. Şirkət son maliyyə ilində 99,3 milyard dollar mənfəət əldə edib. Bununla belə, neft qiymətlərinin enməsi və Yaxın Şərqdə geosiyasi gərginlik şirkətin gəlirlərinə təsir göstərib.
İlk onluqda ABŞ şirkətləri ilə yanaşı, Tayvanın çip istehsalçısı TSMC, Cənubi Koreyanın “Samsung” və “SK Hynix” şirkətləri də yer alıb. Çin isə əsasən iri dövlət bankları – ICBC, “China Construction Bank”, “Agricultural Bank of China” və “Bank of China”, həmçinin “Tencent” və “PetroChina” ilə təmsil olunur.
Ekspertlər hesab edirlər ki, ABŞ-nin yüksək ixtisaslı miqrantları cəlb etməsi, aparıcı universitetləri, əlverişli biznes mühiti və startapların maliyyələşməsinə geniş çıxışı ölkənin qlobal korporativ liderliyini qorumasında əsas rol oynayır.
Dünyanın ən gəlirli ilk 30 şirkəti aşağıdakı kimi olub:
"Alphabet" (ABŞ) – 160,2 milyard dollar
"Microsoft" (ABŞ) – 125,2 milyard dollar
"Apple" (ABŞ) – 122,6 milyard dollar
"NVIDIA" (ABŞ) – 120,1 milyard dollar
"Saudi Aramco" (Səudiyyə Ərəbistanı) – 99,3 milyard dollar
"Amazon" (ABŞ) – 90,8 milyard dollar
"Berkshire Hathaway" (ABŞ) – 72,5 milyard dollar
"Meta Platforms" (ABŞ) – 70,6 milyard dollar
"TSMC" (Tayvan) – 62,5 milyard dollar
"JPMorgan Chase" (ABŞ) – 58,6 milyard dollar
"Samsung" (Cənubi Koreya) – 58,5 milyard dollar
"SK Hynix" (Cənubi Koreya) – 52,7 milyard dollar
"ICBC" (Çin) – 51,3 milyard dollar
"China Construction Bank" (Çin) – 48,2 milyard dollar
"Agricultural Bank of China" (Çin) – 39,2 milyard dollar
"Bank of China" (Çin) – 34,5 milyard dollar
"Tencent Holdings" (Çin) – 33,1 milyard dollar
"SoftBank" (Yaponiya) – 33,1 milyard dollar
"Bank of America" (ABŞ) – 31,8 milyard dollar
"Toyota Motor" (Yaponiya) – 25,5 milyard dollar
"ExxonMobil" (ABŞ) – 25,3 milyard dollar
"Eli Lilly" (ABŞ) – 25,3 milyard dollar
"Broadcom" (ABŞ) – 25,0 milyard dollar
"Micron Technology" (ABŞ) – 24,1 milyard dollar
"İsveçrə Milli Bankı" (İsveçrə) – 23,6 milyard dollar
"PetroChina" (Çin) – 22,4 milyard dollar
"Visa" (ABŞ) – 22,0 milyard dollar
"Walmart" (ABŞ) – 21,9 milyard dollar
"Wells Fargo" (ABŞ) – 21,7 milyard dollar
"China Life Insurance" (Çin) – 21,5 milyard dollar


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top