
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə çəkisi 1026 ton olan propan göndərilib.
Yeniavaz.com xəbər verir ki, 30 vaqondan ibarət yük bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tonadək gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Tətbiqimizi yükləyə bilərsiniz