
UEFA rəhbərliyi FIFA prezidenti seçkilərində hazırkı prezident Canni İnfantino ilə rəqabət aparacaq alternativ namizəd irəli sürməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin jurnalisti Romain Molin “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, aprel ayında İnfantino təşkilatın rəhbəri vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Seçkilərin 18 mart 2027-ci ildə Mərakeşdə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FIFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən sabiq FIFA prezidenti Yozef Blatteri əvəz edib. İnfantino 2019 və 2023-cü illərdə bu vəzifəyə yenidən seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz