
Karen Qriqoryan Ermənistanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
“Baş nazirin təklifi əsasında, Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə, eləcə də Diplomatik Xidmət haqqında Qanunun 13-cü maddəsinin 3-cü hissəsinə və 14-cü maddəsinə uyğun olaraq, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Karen Qriqoryan eyni zamanda Ermənistanın Pakistandakı (iqamətgahı - Əbu-Dabi) fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - fərmanda bildirilib.
Qeyd edək ki, Ermənistanın Pakistanla on illərdir diplomatik münasibətləri olmayıb. Bu münasibətlər cəmi bir il əvvəl, 2025-ci ilin avqust ayında qurulub.
Tətbiqimizi yükləyə bilərsiniz