
Almaniyanın “Porsche” avtomobil şirkəti xərclərin azaldılması tədbirləri çərçivəsində təxminən 4000 iş yerini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti şirkət mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ixtisarlar ilk növbədə şirkətin inzibati və idarəetmə heyətinə təsir edəcək.
Qeyd edək ki, iyun ayında “Manager Magazin” qəzeti bildirmişdi ki, “Porsche”nin də daxil olduğu “Volkswagen” şirkəti qarşıdakı illərdə dünya üzrə ümumilikdə 657 000 iş yerindən 100 000-ə qədərini ixtisar etmək niyyətindədir və doqquz idarə heyəti üzvündən altısı şirkətin bağlanmasından qorxur.
Daha əvvəl “Bosch Mobility” Şurasının sədri Frank Sell “Spiegel” qəzetinə verdiyi müsahibədə Almaniya avtomobil sənayesindəki böhran fonunda Almaniya hakimiyyət orqanlarının, biznes nümayəndələrinin və həmkarlar ittifaqlarının iştirakı ilə işçi qrupunun yaradılmasına çağırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz