“Yandex Taksi” Azərbaycana gəlir

Rusiyanın “Yandex” (Yandeks) şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açacaq. Bunu “Trend”ə layihəyə yaxın mənbə bildirib. Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün “Yandex” xidmətlərinin, xüsusilə də “Yandex.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq. Məlumatda qeyd olunur ki, şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.

DİGƏR XƏBƏRLƏR

Top