Dövlət sektorunda çalışanların sayı nə qədər azalıb? – Rayonlar üzrə tam siyahı


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı son bir ildə 1,2% və ya 10 min 561 nəfər azalaraq 880 min 117 nəfərdən 869 min 556 nəfərə enib.
Yeniavaz.com
xəbər verir ki, ən böyük azalma Şuşa rayonunda qeydə alınıb. Burada dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 2 min 216 nəfərdən 1 439 nəfərə düşüb. Bu, son bir ildə 777 nəfər və ya 35,1% azalma deməkdir.
Say baxımından ən böyük azalma isə Yasamal rayonunda olub. Rayonda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı son bir ildə 104 min 147 nəfərdən 96 min 951 nəfərə enib. Nəticədə işçilərin sayı 7 min 196 nəfər və ya 6,9% azalıb.
Qeyd edək ki, ümumilkdə 54 şəhər və rayonda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı azalıb.
Dövlət sektorunda çalışan muzdlu işçilərin sayının azaldığı rayonlar bunlardır:
Şuşa rayonu – 35,1% azalıb
Xocavənd rayonu – 27,9% azalıb
Zəngilan rayonu – 22,4% azalıb
Babək rayonu – 20,0% azalıb
Xocalı rayonu – 20,0% azalıb
Şahbuz rayonu – 18,2% azalıb
Sədərək rayonu – 17,7% azalıb
Şirvan şəhəri – 17,4% azalıb
Ordubad rayonu – 14,8% azalıb
Kəngərli rayonu – 10,4% azalıb
Laçın rayonu – 9,5% azalıb
Yasamal rayonu – 6,9% azalıb
Kəlbəcər rayonu – 6,9% azalıb
Yardımlı rayonu – 6,8% azalıb
Mingəçevir şəhəri – 6,8% azalıb
Qubadlı rayonu – 6,7% azalıb
Naftalan şəhəri – 6,5% azalıb
Gəncə şəhəri – 6,4% azalıb
Ağdaş rayonu – 6,4% azalıb
Goranboy rayonu – 6,2% azalıb
Sabirabad rayonu – 5,2% azalıb
Zərdab rayonu – 5,0% azalıb
Səbail rayonu – 4,9% azalıb
Masallı rayonu – 4,9% azalıb
Lerik rayonu – 4,8% azalıb
Göygöl rayonu – 4,6% azalıb
Şamaxı rayonu – 4,5% azalıb
Balakən rayonu – 4,5% azalıb
Neftçala rayonu – 4,3% azalıb
Cəlilabad rayonu – 4,1% azalıb
Lənkəran rayonu – 4,1% azalıb
Pirallahı rayonu – 4,0% azalıb
Xəzər rayonu – 3,9% azalıb
Şəki rayonu – 3,8% azalıb
Xaçmaz rayonu – 3,7% azalıb
Siyəzən rayonu – 3,6% azalıb
Qazax rayonu – 3,5% azalıb
Tovuz rayonu – 2,9% azalıb
Qobustan rayonu – 2,4% azalıb
Biləsuvar rayonu – 2,4% azalıb
Şəmkir rayonu – 2,3% azalıb
Qəbələ rayonu – 2,2% azalıb
Oğuz rayonu – 2,2% azalıb
İsmayıllı rayonu – 1,9% azalıb
Gədəbəy rayonu – 1,8% azalıb
Yevlax rayonu – 1,7% azalıb
Ağdam rayonu – 1,4% azalıb
Tərtər rayonu – 1,4% azalıb
Ağsu rayonu – 0,7% azalıb
Qax rayonu – 0,7% azalıb
Quba rayonu – 0,4% azalıb
Şərur rayonu – 0,4% azalıb
Daşkəsən rayonu – 0,3% azalıb
Zaqatala rayonu – 0,2% azalıb


Onu da bildirək ki, işçilərin sayının artdığı rayonların arasında isə Ağdərə rayonu ilk sırda yer alıb. Bu rayonda dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 89 nəfərdən 400 nəfərə yüksəlib. Bu, 311 nəfər və ya 4,5 dəfə artım deməkdir.
Ən böyük say artımı isə Suraxanı rayonunda müşahidə olunub. Rayonda dövlət sektorunda çalışanların sayı 3 min 798 nəfərdən 7 min 251 nəfərə çatıb. Beləliklə, işçilərin sayı 3 min 453 nəfər və ya 90,9 faiz artıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top