Banklar son 5 ildə reklama nə qədər pul xərcləyiblər? – Tam siyahı


Azərbaycanda fəaliyyət göstərən banklar ötən il reklam və marketinqə 92 milyon 815 min 425 manat pul xərcləyiblər.
Yeniavaz.com
-un açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ardıcıl 4 illik artımdan sonra ötən il bankların reklam və marketinqə xərclədikləri vəsait azalıb.
Qeyd edək ki, banklar 2024-cü ildə reklam üçün ümumilikdə 98,1 milyon manat xərclədiyi halda, ötən il bu məqsədə 92,8 milyon manat yönəldiblər. Beləliklə, bankların reklam xərcləri bir il ərzində 5,3 milyon manat və ya 5,4% azalıb.
Bankların reklam və marketinq xərclərinin yarıdan çoxu – 50,6%-i və ya 46 milyon 954 min manatı “Kapital Bank”ın payına düşüb.
“Kapital Bank”ın reklam və marketinq xərcləri son bir ildə 7,6% və ya 3 milyon 309 min manat artıb.
Ötən il reklam və marketinqə ən az vəsaiti isə İran Milli Bankının Bakı filialı xərcləyib. İran Milli Bankının Bakı filialı il ərzində reklam üçün cəmi 2 570 manat xərcləyib.
Ötən il bankların əksəriyyəti reklam və marketinq xərclərini azaldıb.
Bankların son 5 ildə reklam və marketinq xərcləri belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top