
Bu ilin may–iyun ayları üzrə dünyada ən yüksək yenidən maliyyələşdirmə dərəcəsi Venesuelada qeydə alınıb.
Yeniavaz.com “Trading Economics”ə istinadən xəbər verir ki, Venesueladan sonra ən yüksək maliyyələşdirmə dərəcəsi qonşu Türkiyədə olub. Venesuelada maliyyələşdirmə dərəcəsi 59,04%, Türkiyədə isə 37% təşkil edib.
Ən yüksək yenidən maliyyələşdirmə dərəcəsinə malik 10 ölkə aşağıdakı kimi olub:
Venesuela – 59,04%;
Türkiyə – 37%;
Zimbabve – 30%;
Argentina – 29%;
Nigeriya – 26,5%;
Malavi – 24%;
İran – 23%;
Livan – 20%;
Misir – 19%;
Qazaxıstan – 17%.
Ən aşağı yenidən maliyyələşdirmə dərəcəsi isə aşağıdakı ölkələrdə qeydə alınıb:
İsveçrə – 0%;
Fici – 0,25%;
Kamboca – 0,46%;
Yaponiya – 1%;
Tayland – 1%;
Sinqapur – 1,19%;
Seyşel adaları – 1,75%;
İsveç – 1,75%;
Danimarka – 1,85%;
Barbados – 2%.
Qafqaz regionunda isə Azərbaycan və Ermənistan eyni yenidən maliyyələşdirmə dərəcəsinə malikdir. Hər iki ölkədə bu göstərici 6,5% təşkil edir. Gürcüstanda faiz dərəcəsi 8,25%, Rusiyada isə 14,25%-dir ki, bu da region üzrə ən yüksək göstəricidir.
Qeyd edək ki, yenidən maliyyələşmə dərəcəsi və ya uçot faiz dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (6,5%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 6,5 min manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar. Eyni zamnada yenidən maliyyələşmə dərəcəsi milli valyutaların məzənnəsinə birbaşa təsir göstərən əsas pul siyasəti alətlərindən hesab olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz