
Ermənistanda İstintaq Komitəsi tərəfindən baxılan ondan çox cinayət işinin bir hissəsi olaraq, 70-dən çox ünvanda axtarışlar aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə NEWS.am-a Respublika İstintaq Komitəsinin mətbuat xidməti “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində və ona məxsus onlarla şirkətdə aparılan axtarışları şərh edərkən bildirib.
Məlumata görə, iş çirkli pulların yuyulması və vergidən yayınma maddələri ilə başlanan cinayət işləri ilə bağlıdır.
Lakin İstintaq Komitəsi hələlik bu məsələ ilə bağlı rəsmi məlumat verməyib.
Qeyd edək ki, Tsarukyanın evində 6 iyul səhər tezdən axtarış aparılıb. Daha sonra Tsarukyanın mətbuat katibi İveta Tonoyan “Multi Group” şirkətinə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də onların direktorlarının evlərində genişmiqyaslı axtarışlar aparıldığını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Baş Prokurorluq Qagik Tsarukyanın toxunulmazlığının ləğvi üçün Mərkəzi Seçki Komissiyasına ərizə göndərmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz