Özbəkistanın DÇ-də qol vuran futbolçularına maşın verildi


Özbəkistan milli komandasının futbolçuları Abbos Fayzullayev və Eldor Şomurodova, komandalarının Dünya Kubokunda qrup mərhələsindən yüksələ bilməməsinə baxmayaraq, qiyməti 1 milyard suma qədər (83 400 dollardan çox) olan elektrik avtomobilləri hədiyyə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Podrobno.uz” agentliyi məlumat yayıb.
Məlumata görə, oyunçulara Çin krossoverləri verilib.
Agentliyin məlumatına görə, avtomobillər oyunçuların nailiyyətlərini qeyd etmək üçün təqdim edilib və hədiyyənin sponsoru özəl bir Özbəkistan şirkətidir.
Qeyd edək ki, Abbos Fayzullayev Özbəkistanın Dünya Kubokunda ilk qolunu vurub. O, Kolumbiya ilə qrup mərhələsinin birinci tur matçının 60-cı dəqiqəsində hesabı bərabərləşdirib. Şomurodov isə Konqo Demokratik Respublikası ilə oyunda fərqlənib. Bu qol həmçinin qrup mərhələsinin ən yaxşı qolu seçilib.
Özbəkistan dördlükdəki hər üç oyunda məğlub olaraq qrupda sonuncu yeri tutub.
Xatırladaq ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top