Koçaryanın bloku yeni parlamentə daxil olacaq


Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın müxalif “Ermənistan” bloku parlament mandatlarını qəbul edəcək və yeni parlamentə daxil olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə blokun ”Facebook” səhifəsində məlumat dərc olunub.
Blok qeyd edib ki, Konstitusiya Məhkəməsinin 7 iyunda keçirilən parlament seçkilərinin nəticələrini tanımaq qərarı seçkiqabağı saxtakarlıqları düzəltmir və yeni hökumətin legitimliyini həll etmir.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,7456%-ni, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,2710%-ni, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə səslərin 9,9231%-ni toplayıb. Yeddi siyasi qüvvə seçkilərin nəticələri ilə razılaşmayaraq, onların etibarsız hesab edilməsi üçün Konstitusiya Məhkəməsinə ərizə verib. 4 iyulda Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin etibarlı olduğuna qərar verib.
Xatırladaq ki, yeni parlamentin ilk iclası avqustun 2-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top