
Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin “Telegram” kanalında məlumat dərc olunub.
Nazirliyin məlumatına görə, 16 740 nəfər yaralanıb, 17 000-dən çox insan evsiz qalıb.
Zəlzələlər 190 binanı tamamilə dağıdıb, daha 856 binaya ziyan vurub.
Təcili yardım xidmətləri təxminən 6 500 nəfəri xilas edib.
Qeyd edək ki, Venesuela 24 iyun axşamı bir dəqiqədən az fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Zəlzələlər Karakasda və bir neçə ştatda hiss olunub.
Paytaxtın yaxınlığında yerləşən Mayketiyadakı Simon Bolivar Beynəlxalq Hava Limanı ziyana görə bağlanıb. Paytaxtın metro və qatar xidmətləri dayandırılıb. Bir neçə məhəllədə elektrik və su, eləcə də rabitə və internet kəsilib. Zərər çəkmiş evlərdə qaz kəsilib. Rəsmi olaraq ölənlərin sayı on minlərlə nəfəri keçə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz