Tramp Zelenski ilə görüşəcək


ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən iyulun 5-də dərc edilmiş cədvəlində öz əksini tapıb.
Belə ki, o, iyulun 7-də Ankaraya gələcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də sammit tədbirlərində iştirak etdikdən sonra Tramp Bakı vaxtı ilə saat 15:30-da Zelenski ilə, Bakı vaxtı ilə saat 16:30-da isə və Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək.
İkitərəfli görüşlər bağlı qapılar arxasında baş tutacaq.
Tramp Bakı vaxtı ilə saat 17:15-də mətbuat konfransında çıxış edəcək. Daha sonra o, ABŞ-yə qayıdacaq.
“Reuters” agentliyinin 5 iyulda yüksək vəzifəli ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, Tramp Zelenski ilə müharibəyə son qoymaq barədə danışmaq niyyətindədir.
ABŞ rəsmisi cəbhə xəttindəki vəziyyətlə bağlı bildirib ki, son bir neçə ay ərzində döyüş meydanı açıq-aydın durğunlaşıb və tərəflərdən heç biri əhəmiyyətli irəliləyiş əldə etməyib.
O əlavə edib ki, ABŞ lideri buna son qoyulmasını vacib hesab edir.
Bu görüşdən sonra Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağı və müzakirələri Rusiya lideri il davam etdirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top