
Türkiyədə tanınmış teatr və kino aktyoru Zihni Göktay 80 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə aktyorun qızı Zeynep Göktay Dilbaz sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, ötən il aktyor qocalar evinə yerləşdirimiş, bu isə Türkiyədə geniş müzakirələrə səbəb olmuşdu.
Zihni Göktay “Tosun Paşa”, “Atla gel, Şaban”, “Hababam sınıfı askerde” kimi filmlərdə, həmçinin “Bizimkiler”, “Cennet Mahallesi” və “Ulan İstanbul” kimi seriallarda yaddaqalan obrazlara həyat verib.
Tətbiqimizi yükləyə bilərsiniz