
“Düşmənlərin hər hansı bir səhvi və ya səhv hesablaması ölkənin silahlı qüvvələri tərəfindən dağıdıcı və qətiyyətli cavabla qarşılaşacaq”.
Yeniavaz.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam Respublikası ordusunun sözçüsü, general Məhəmməd Əkrəmian deyib.
Tehranda İmam Xomeyni ziyarətgahında keçirilən Ayətullah Əli Xamenei ilə vida mərasimində yerli jurnalistlərə danışan Əkrəmian bildirib ki, İran döyüş hazırlığını gücləndirmək üçün həmişə atəşkəs müddətlərindən istifadə edir:
“Biz dəfələrlə bəyan etmişik ki, döyüş qabiliyyətimizi artırmaq üçün istənilən atəşkəsdən istifadə edirik və bir dəqiqə də olsun qaçırmırıq”.
“Şəhid liderimizin dediyi kimi, bu insanlar seçilmiş insanlardır və Allahın qoysa, onlar bu inqilabı əsl qanuni qəyyumu İmam Mehdiyə təhvil vermək üçün davam etdirəcəklər”, - deyə Əkrəmian bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz