Bəzi avtomobillər niyə həftələrdir satılmır? – Maşın bazarından reportaj


Adətən hər il, xüsusilə də yay aylarında avtomobil bazarında xüsusi canlanma müşahidə olunur. Lakin Çin maşınlarının bütün dünyaya ayaq açmasından sonra Azərbaycanda da ikinci əl maşın bazarında müəyyən problemlər yaşanmağa, durğunluq hökm sürməyə başladı.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı reportajda bildirilir.
Qeyd olunub ki, satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.
Onlar bildirirlər ki, hazırda təklif çox, alıcı isə azdır.
Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər. Xüsusilə, irimühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb.
Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və ortamühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.
Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə, elektrik mühərrikli avtomobillərə yönəldir.
Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir. Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top