
Hazırda çəkilən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti ilə Türkiyə, Azərbaycan və Ermənistan arasındakı dəmir yolu əlaqələrini gücləndiririk.
Yeniavaz.com “Yeni Şafak”a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraoğlu deyib.
Onun sözlərinə görə, Yavuz Sultan Səlim körpüsü vasitəsilə Bosfor boğazından alternativ dəmir yolu xəttinin yaradılması planlaşdırılır:
“Layihə üzrə tikinti işlərinə tender prosedurları başa çatdıqdan sonra bu il başlanacağı gözlənilir”.
Nazir qeyd edib ki, son 24 ildə nəqliyyat və infrastruktur layihələrinə 355 milyard dollar investisiya qoyulub ki, bu da ölkəyə geniş magistral yollar, avtomobil yolları, yüksək sürətli dəmir yolları, limanlar, hava limanları, logistika mərkəzləri və inkişaf etmiş kommunikasiya infrastrukturu sistemi yaratmağa imkan verib.
Uraoğlu qeyd edib ki, 2002-ci ildən bəri dəmir yolları dövlətin prioriteti kimi müəyyən edilib:
“Bu dövrdə dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 11 min kilometrdən təxminən 14 min 9 kilometrə qədər artıb ki, onun 2251 kilometri yüksək sürətli qatar xətləridir”.
Tətbiqimizi yükləyə bilərsiniz