Türkiyədə meşə yanğınları başlayıb – Video


Türkiyədə üç fərqli ünvanda meşə yanğınları başlayıb.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, yanğınlar Balıkəsir vilayətinin Kepsut və Altıeylül, həmçinin Kütahya vilayətinin Şapxana rayonlarındakı meşəlik ərazlərdə meydana gəlib.
Rəsmi qurumlardan verilən məlumata görə, meşə yanğınlarına yüksək temperatur səbəb olub.
Bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən həm qurudan, həm də havadan yanğınların söndürülməsi üçün əməliyyatlar keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top