Ukrayna Rusiyanın Krımdakı əsas aerodromuna zərbə endirib


İyulun 5-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın işğalı altında olan Krımdakı “Qvardeyskoye” hərbi aerodromuna zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Qvardeyskoye” aerodromu Rusiyanın işğal altındakı Krım yarımadasındakı əsas hərbi hava bazalarından biridir. Aerodrom operativ-taktiki və dəniz aviasiyasına məxsus təyyarələrin yerləşdirilməsi, döyüş uçuşlarının təmin edilməsi, logistika və aviasiya texnikasına texniki xidmət məqsədilə istifadə olunur”, - Baş Qərargahın “Telegram” kanalında dərc olunan məlumatda bildirilib.
Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Quselnikovoye yaşayış məntəqəsi yaxınlığında Qruzki Yalançık çayı üzərindəki və Staromaryevka yaxınlığında Kalmius çayı üzərindəki avtomobil körpülərinə də zərbələr endirib.

DİGƏR XƏBƏRLƏR

Top