
Türkiyə Superliqasının aparıcı klublarından “Fənərbağça” Mert Hakan Yandaş ilə müqavilənin müddətini bir il uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Klubumuzun kapitanlarından biri olan Mert Hakan Yandaş ilə birillik yeni müqavilə imzalanıb. Onun döyüşkən ruhu və formamıza olan bağlılığı bu qərarın əsas səbəbləri olub. “Fənərbağça”ya olan sevgisini bir daha nümayiş etdirən futbolçumuz, əməkhaqqı ilə bağlı minimum şərtlər əsasında müqaviləyə imza atıb”, - məlumatda deyilir.
Xatırladaq ki, M. H. Yandaş ötən ilin dekabr ayında mərc oyunlarında iştirakla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb və həbs edilib. Bu ilin aprel ayında isə o, azadlığa buraxılıb. Yarımmüdafiəçi barəsindəki iddiaları əsassız adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz