
Məşhur amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli əvvəlki yerinə qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrları jurnalist Şakir Eminbəyli öz sosial media hesabında yayıb.
Qeyd edək ki, heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəl Vəndam kəndində bir neçə il bundan qabaq ucaldılıb. Abidə 2 il əvvəl təmir işlərinə görə ərazidən götürülmüşdü.
Xatırladaq ki, Van Dammın özü də 2019-cu ildə sosial şəbəkə hesabında heykəl barədə paylaşım edib.
Tətbiqimizi yükləyə bilərsiniz