
İran İslam Respublikasının mərhum lideri Ayətullah Əli Xameneinin oğulları Mustafa, Məsud və Meysəm Xamenei 40 günlük müharibənin başlanğıcından bəri ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıblar və yas mərasimi zamanı ön sırada yer alıblar.
Yeniavaz.com “İrna” agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xamenei və ailə üzvləri üçün cənazə namazı bazar günü yerli vaxtla saat 08:00-da Tehranda İmam Xomeyni məqbərəsində qılınıb.
Namazı Ayətullah Sübhani qıldırıb. Mərasimdə ölkənin ali rəhbərliyinin nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak edib.
Tədbirdə İran Prezidenti Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin Başçısı Qulamhüseyn Möhsəni və Parlamentin sədri Məhəmməd Bağır Qalibaf da iştirak ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz