İran Hörmüz boğazından keçən dost ölkələrə “hörmət” edəcək


İranın Çindəki səfiri Əbdülrza Rəhmani Tehranın Hörmüz boğazında yeni naviqasiya qaydalarının tətbiqini nəzərdən keçirdiyini və dost ölkələr üçün xüsusi şərtlərin təmin edilə biləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Pekində keçirilən Dünya Sülh Forumunda çıxış edən Rəhmani İranın strateji dəniz dəhlizindən keçmək üçün Omanla birgə yeni tranzit tənzimləmə sistemi hazırladığını qeyd edib.
Onun sözlərinə görə, yeni mexanizmlərə naviqasiya təhlükəsizliyi, gəmilərin keçidinə nəzarət və ətraf mühit standartları məsələləri daxil olacaq:
“Çətin anlarda bizə dost münasibət bəsləyən və dəstək olan ölkələrə xüsusi münasibət göstərilməsini nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən vacib neft və qaz təchizatı marşrutlarından biri olaraq qalır və dünya enerji təchizatının təxminən beşdə birini daşıyır. Son eskalasiya zamanı onun fəaliyyəti qismən məhdudlaşdırılıb və bu da dünya bazarlarında qiymətlərin artmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top