
Sosial mediada portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun ictimaiyyətlə əlaqələr (PR) komandasının argentinalı Linel Messiyə qarşı qarayaxma kampaniyası başlatmasına dair iddialar yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, iddiaya görə, Ronaldonun PR komandası Messi və Argentina milli komandasını hədəf alan mənfi hekayələr hazırlaması və yayması üçün tanınmış media qurumlarına və idman jurnalistlərinə ödəniş edib.
Müzakirələr X-də məşhur futbol xəbərləri səhifəsi olan “Winna FC”nin “PR360 Sports Communications” adlı agentlik tərəfindən göndərildiyi iddia edilən bir “e-poçtu” dərc etməsindən sonra başlayıb və qısa müddət ərzində genişlənib.

Sözügedən “e-poçt”da onlayn məzmun istehsalçılarına turnirlə bağlı ictimai müzakirələri manipulyasiya etmələri müqabilində əhəmiyyətli maliyyə ödənişləri təklif olunur. “Kampaniya”nın əsas tapşırıqlarına müəyyən futbolçuların həddindən artıq təriflənməsi, penalti ilə bağlı mövzuların mediada geniş şəkildə gündəmə gətirilməsi və hakim qərarları ətrafındakı mübahisələrin “oğurluq” və “media gündəmi” kimi ifadələrdən istifadə edilməklə daha da qabardılması daxil olub.
“Sunday Guardian”ın məlumatına görə, iddialar tamamilə əsassızdır. Bildirilir ki, “PR360 Sports Communications”un e-poçt kampaniyası süni intellekt tərəfindən yaradılan rəqəmsal satira parçasıdır və öz təsdiqini tapmayıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz