
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə admiral Əli Özmai təyin edilib.
Yeniavaz.com İSNA agentliyinə istinadla xəbər verir ki, Özmai ABŞ-İsrail hücumlarında həlak olan admiral Əlirza Tangsirini əvəz edib.
Əvvəllər Özmai İran Hərbi Dəniz Qüvvələrinin Beşinci Bölgəsi olan Fars körfəzindəki Qeşm və Kiş adalarını da əhatə edən bir bölgəyə komandanlıq edib.
Tətbiqimizi yükləyə bilərsiniz