
Ermənistan Konstitusiya Məhkəməsi 7 iyunda ölkədə keçirilən və Mərkəzi Seçki Komissiyası tərəfindən 14 iyunda elan edilən parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan hökmü elan edərkən bildirib.
O, qərarın qəti olduğunu və dərc edildiyi gündən qüvvəyə mindiyini bildirib.
Yayım yerli televiziya kanalları tərəfindən yayımlanıb.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi 26 iyun tarixində yeddi siyasi qüvvənin ərizələrini vahid icraatda birləşdirərək, nəzərdən keçirməyə başlayıb. Ərizələri təqdim edənlər arasında Samvel Karapetyanın “Güclü Ermənistan” və keçmiş prezident Robert Köçəryanın “Ermənistan” müxalifət blokları, eləcə də Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da var idi.
Tətbiqimizi yükləyə bilərsiniz