
İran və ABŞ nümayəndələri arasında danışıqların yeni mərhələsi iyulun 11-də Pakistanda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyalar, aktivlərinin dondurulmasının aradan qaldırılması, eləcə də İranın nüvə dosyesi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın İranın Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlarda bir həftəlik fasilə verəcəyini açıqladığı bildirilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz