
Ən çox avtoqol rekordu 2026-cı il FİFA Dünya Kubokunda qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, Avstraliya və Misir arasında keçirilən 1/16 final matçında misirli Məhəmməd Hani öz qapısına qol vurub. Bu qol onun turnirdə öz qapısına vurduğu ikinci qol olub. Belə ki, qrup mərhələsindəki Belçika ilə oyunda da (1-1) oxşar nəticə qeydə alınıb. Bununla da, Hani Dünya Kubokunda ən çox avtoqol göstəricisinə görə, rekordçu olub. Ona qədər Dünya Kuboku finallarında heç bir oyunçu öz qapısına birdən çox qol vurmayıb.
Ümumilikdə isə 2026-cı il Dünya Kubokunda 13 avtoqol qeydə alınıb. Bu, Dünya Kuboku tarixində bir turnirdə vurulan ən çox avtoqol olub. Bundan əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən turnirə qeydı alınıb. Bu turnirdə oyunçular öz qapılarına 12 qol vurublar.
Qeyd edək ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə ilk dəfə olaraq qırx səkkiz komanda iştirak edir. Turnir 19 iyulda başa çatır. Hazırkı çempion Argentina millisidir.
Tətbiqimizi yükləyə bilərsiniz