Şahbaz Şərif Türkiyədə səfərdədir – Fotolar


Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərə gedib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi rəsmi mərasimlə qarşılayıb.
Məlumata görə, qarşılanma mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə iqamətgahında təkbətək görüş keçirib.
Mətbuata qapalı keçirilən görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin təhlükəsizlik və xarici siyasət məsələləri baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.
Təkbətək görüşdən sonra liderlər heyətlərarası görüş keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top