
ABŞ Prezidenti Donald Tramp sələfləri ilə Ağ Evdə futbol oyununa baxmaq istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vensin aparıcılığı ilə keçirilən podkastda bildirib.
“Bəlkə mən Barak Hüseyn Obamanı, Co Baydeni, Buşu və ya Buş ailəsini birlikdə futbol oyununa baxmağa dəvət etməliyəm”, - Tramp qeyd edib.
Tramp oyuna sələfləri ilə birlikdə baxmaq ehtimalı ilə bağlı, ”Bu, yaxşı bir hekayə olardı. Bu, mətbuatın da ağlını başından aparardı”, - Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz