Tramp 100 dollarlığa imzasını qoydu – Foto


ABŞ Prezidenti Donald Tramp üzərində öz imzası olan 100 dollarlıq əskinasın şəklini dərc edib.
Yeniavaz.com
xəbər verir ki, Trampın “Truth Social” sosial şəbəkə səhifəsində dərc edilən şəkildə dövlət başçısının imzası ABŞ-nin maliyyə naziri Skott Bessentin imzasının üzərində yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent 100 dollarlıq əskinasların üzərində ABŞ Prezidenti Donald Trampın imzasının olacağını bildirmişdi. O, bunun hazırda vəzifədə olan Amerika lideri üçün bir ilk olacağını qeyd etmişdi. ABŞ maliyyə naziri həmçinin, bu addımın ABŞ-nin qurulmasının 250 illiyi ilə üst-üstə düşməsinin planlaşdırıldığını qeyd etmişdi.
Lakin hazırda belə əskinasların çapına başlanılıb-başlanılmadığı hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top