
“Sunami” adlı axtarış iti Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra 26 nəfərin xilas olunmasına kömək edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vemesuelanın müvəqqəti prezidenti Delsi Rodriges “Telegram” kanalında bildirib.
“Venesuelada baş verən faciədən sonra sunami ümid simvoluna çevrilib. Bu cəsur axtarış iti öz təlimçisi ilə dağıntılar altında qalan insanların həyatını xilas etməyə kömək etməkdə davam edir”, - Rodriqes qeyd edib.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Kinoloji Bölmənin rəhbəri Xorxe Bins də “Sunami”nin zəlzələdən ən çox zərər çəkən və fəlakət zonası elan edilən La Quayra ştatındakı 16 nəfər də daxil olmaqla 26 nəfərin xilas edilməsində kömək etdiyini bildirib.
Venesuela televiziyasında və sosial mediada ulduza çevrilən və qəribə rəngli gözləri ilə seçilən doqquz yaşlı ağ-qara rəngli “border kolli” cinsli “Sunami” küçədə balaca ikən könüllülər tərəfindən xilas edilib.
Daha sonra o, Fəlakətlərə Qarşı Mübarizə İtləri Təlim Mərkəzində təlim keçib.
“Sunami” 2023-cü ildə Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra axtarş-xilasetmə işlərində iştirak edib və onlarla insanı xilas olunmasına kömək edib.
Venesuelanın onun təqaüdə çıxmazdan əvvəl son böyük əməliyyatı olacağı bildirilir.
Qey edək ki, 24 iyun axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy əyalətində bir-birindən 10 kilometr məsafədə yerləşib. 3 iyul tarixinə olan rəsmi məlumatlara görə, fəlakət nəticəsində 2695 nəfər həlak olub, 12 666 nəfər yaralanıb, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 6462 nəfər xilas edilib.



Tətbiqimizi yükləyə bilərsiniz