
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ölkə daxilində xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları var.
Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşları müəyyən etmək üçün idarənin əməkdaşları tərəfindən müxtəlif məqsədli yerlər və obyektlər yoxlanılıb. Saxlanılan şəxslərin Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu ilə bağlı şərtləri pozduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların deportasiyası üçün müvafiq prosedurlar davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz