Venesuelada zəlzələdə ölənlərin sayı 2600-ü keçdi


İyunun 24-də Venesuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 2 645 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuelanın İnformasiya və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təbii fəlakət nəticəsində 12 666 nəfər yaralanıb.
Nazirlik həmçinin bildirib ki, zəlzələ nəticəsində 189 bina tamamilə dağılıb və 885 binaya isə ciddi ziyan dəyib. Nəticədə, 15 050 nəfər evsiz qalıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 20 909 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə alıb, 86 117 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9 486 ton ərzaq yardımı edilib.
Qeyd edək ki, iyunun 24-ü axşam Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy əyalətində bir-birindən 10 kilometr məsafəsə yerləşib.

DİGƏR XƏBƏRLƏR

Top