
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il Dünya Kubokunda üç tarixi rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, 39 yaşlı futbolçu Dünya Kubokunun 1/16 mərhələsində Kabo-Verdeyə qarşı oyunda 20-ci qolunu vuraraq, turnirin ən çox qol vuran oyunçusu kimi rekordunu yeniləyib.
Onun ən yaxın rəqibi, Fransa millisinin hücumçusu Kilian Mbappenin aktivində isə 18 qolu var.
Digər tərəfdən, Messi Dünya Kubokunda 30-cu oyununu keçirərək, Dünya Kuboku tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Beləliklə, o bu göstəricidə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonu (26) geridə qoyub.
Argentinalı həmçinin Dünya Kuboku tarixindı ardıcıl səkkizinci oyununda qol vuraraq rekorda imza atıb.
Bundan əlavə, Messi Dünya Kubokunun hər mərhələsində qol vuran ilk futbolçu oldu.
Argentinalı həmçinin hazırda turnirin ən çox qol vuran oyunçusudur və 7 qolla bobardirlər siyahısına liderlik edir.
Fransa millisinin hücumçusu Kilian Mbappe 6 qol və 2 assistlə 2-ci sırada qərarlaşır. Üçüncü yeri isə 5 qolla Norveç millisinin hücumçusu Erlinq Holan və İngiltərə millisinin hücumçusu Harri Keyn bölüşür.
Tətbiqimizi yükləyə bilərsiniz