Dünya Kubokunda 1/8 finalın bütün iştirakçıları məlum oldu


FIFA Dünya Kubokunun 1/8 finalında mübarizə aparacaq bütün komandalar müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, pley-offun ikinci mərhələsinə yüksələn son komanda 1/16 finalda Qananı 1-0 hesabı ilə məğlub edən Kolumbiya olub.
Cənubi Amerikalılar 7 iyulda Vankuverdə keçiriləcək 1/16 finalda İsveçrə ilə qarşılaşacaqlar.
1/8 finalda həmçinin Kanada və Mərakeş (4 iyul, Hyuston), Paraqvay və Fransa (5 iyul, Filadelfiya), Braziliya və Norveç (5 iyul, İst-Raterford), Meksika və İngiltərə (6 iyul, Mexiko), Portuqaliya və İspaniya (6 iyul, Arlinqton), ABŞ və Belçika (7 iyul, Sietl) və Argentina ilə Misir (7 iyul, Atlanta) arasında da oyunlar keçiriləcək.
Dünya Kubokunda ilk dəfə 48 komanda iştirak etdiyi üçün pley-offlar əvvəlki kimi 1/8 finalla deyil, 1/16 finalla başlayıb.
Final matçı 19 iyulda keçiriləcək. Turnirin hazırkı çempionu Argentinadır.

DİGƏR XƏBƏRLƏR

Top